Xalqın Şeir Söyləvi  
Şair : Ali Abdolrezaei
Çevirən: Saeed Ahmadzadeh Ardabili
Aydin Ziaei'ə dərin sayğılarla


 

 


© Ian Teh


 

Uşaqlıq özünə buraxılsa      böyük olmayacaq!

Ana         arabulucu olur          və xalq doğulur

Xalq yoldur                                       

Qapı bağlı!              çuxurda sürmək olmaz

Bu limanda               dölüt yalnızdır

Və əgər doqquzuncu ay başa çatsa

Arxasında çıxan qapıdan qaranlıqda     çıxar

Yaxşı pis etiketler ona yaraşmır

Çünkü hər ikisidir      və heç biri

 

 

 

Yaxşıyam!    necə?!   pisəm?!    

Hər ikisiyəm!              və hər ikisi demək ki biri!

Heç biri…                   olduğu biri?!

Öz bilgimdə böyümüşəm

Ətrafımdaki bütün düşüncələrin körpüsüyəm

Və təsdiq etmək üçün şahid gəlmişəm…

 

 

Anam bir yola                   Atam ayrısına

Və hər hansı sevimlim       gələn dedi bu yola!

Hələ də eyni keçiddəyəm              tərəfsizəm!

Bacarıram hər nəyə qulaq verəm                   və eşitməyəm

Ətrafıma baxmaqdayam                                 və görmürəm

Relslərdə trən deyiləm ki dayanmadan gedə           geri dönə

Çayam!             öz uşaqlığ dolumda gəzirəm          xalq ordadır!

 

 

Yaxşı işlərimə belə nifrət edirəm sanki başqaları…

Qaranlıqda axtardığım sadə qapıya

Ki qaranlıqda məni axtardı              haçana qədər…   çatmışam

Və yaşamaqı yalnız mənə geyindirilmiş tərtibli paltarda düzürəm

Bu yolun başdan başasında özümə çatdığım uzunluğu otuz il idi

Yol mən idim            getməməli!         

Və ölməli            bu inanmamalı!

Ki yerin hər harasında gizlənmiş

                             Gizlənməmiş olsa harası yüksəkdir?

Qapı kimi açılıb qazıyırdılar qəbirin qapısın                    qorxaqlar!

Usanmışam öylə ki şarlatanlar

                Küləyi ələ salıblar ki                     açığı yayımlanmaqda!

 

 

Keşke ona deməmişdim!

Bunu              biri öləndə       deyirlər

Evdə yabancı               yabanda        günahsızdılar     İranlıdılar          mən kimi!

Və yaşamaqı yalnız geyinmiş paltarlarında            tərtibli!          mən kimi!

Düşmüşük və lap indi eyni yuxarıdayıq

Çalışmağımız amaçsızdır                    yuxu         görürük

Biz hamını bir birimiz ilə tanıyırıq          bilmirik kimik                       kim?!

 

 

Xalq çalışır          ancaq olmur

YOX deyəndə!     Bəli üçündə azca yer saxlayır

Bəli çox geniş paltar yoxa geyindirib

Bəziləri dekorasiya oldu    bəzisi lap heç nəyin    yelkəni!

Ürəkdə bəzi şeydən çəkinəndə

                      Düşüncə deyir            qəbul et!

Çoxları dünyaya dedilər yox!          tanrıya ancaq…

İkini parçalayırlar          və bilmirlər            hər ikisi yani birisi!

Biri ki heç… birisi deyil!?

Geri qayıtmağa sahilə baş çəkirlər               dalğa kimi

Böyük Mecnun'dur bu dəniz

Çəkilib axanda

Dölüt dölündə doqquz ay üzür

Ay insan deyil            dəli edib dənizi

Hamilə analar hər gecə duz arzulayırlar

Ay niyə gözəldir?       heç kəs soruşmur

Təyyarəyə minəndə

Kiçik teknelere fikirləşirlər

Fikirləri yoxdur nə etməlidirlər

Necə davranırlər     inildəyirlər

  

 

 

Yol əyri nsə      avtomobildə                qışqırııııııııııııııııırq!

Niyə soruşmuruq?

Demək ki            Hegel bəy'in qalxdırdığı duvar       samandan idi?

Biz yaşamırıq                   faciə ilə oynayırıq

Pulumuz yoxdur!               cürət!

Taksıda kimsədən soruşanda     şəhəriniz?!         yoxumuzdur!

Mükəmməl kəndə kahya seçmişik

Neft?          istədiyiniz qədər

Adam?   

Kobud!       bu yurd çox bilir       bilmirsiniz?

Peyğəmbərlər birdən birə qurtardılar         adam yalnız

Və yaşam bir hikayə ki

Hər kəs onu istəmədiyi formada yazır

Heç bir xəritə əldə deyil

İnsanın adresi yoxdur

Özünə yetişmir

Tanrı tərəfinə gəlir

Hamının bilgisi bilməməkdəndir

İçimiz bir anlamsızın mühasirəsindədir

Bir içsiz ki                   hər şeyin içidir

 

Bilənçi           bir vedrədir ki bilmir zibil udubdur

Küləkdir        hamı qapıları üzlərinə bağlayıbdır

 

 

Öz qəbir qapısını açır bir əl ki

Başqasının qapısında tutulsa

Özünüzdə             bu göy    qaçmalıdır       və görə!

Get gəl ağır             

Avtomobillər öfkəli       tüstüüüüüüü!

Səsləyirlər Leyli!

 

Yer çirklidir         Leyli çox!

Sevgi onu uğraşdırır qarısı olur 

Başında düşüncəsi yox  

Sevgidə bəlkə          eyni zibil kağızıdır ki

                                   Vedrəyə atıram!

Biz öpüşmürük         sadəcə dodaqları bir birlərinə çatdırırıq         

Bir birimizin qucaqına düşmürük

Hamını qucaqda saxlamaq…

Bu oyunu oynamaq                 yaşamı öldürdü!

 

Adamcığazı çox riyakar gördüm evimə gəldiyi bir gecə!

Bir söz deyib başqasına iş çalışırdı!

Elə gizlicə özünə yetişirdi ki özünnəndə gizli…

 

Qızımı         tanıdıram... Oğlum!      Xanım     mənim qarımdı  

Bu!             Mənimdir           o!…

 

Heç kəs bizimki deyil                                      onlar özləridirlər

Bəzən Xristian          bəzən Yəhudi     Hindu    və Budism dirlər

Çünkü onların heç biri deyildilər

Dünyadan qaçan mənçillikdir

Məbədlərdə çömbəlmiş qorxu ilə güləşən

 

Qorxu yəni                     qarışıqlıqda yenidən qarışmaq

Qarışmışam!Yazılarımın sorumlusu deyiləm  

Sizsiniz suçlunu oxumaqa seçən

Sizə qulaq asıram özümdə gizlicə qulaq asaraq

Özündə gəzən kişiyə niyə pis deyirsiz!?

Dünya onu salamlamışdır

Siz kimsiz ki deyirsiz …?

Kimsə evinizə gələndə

Ev deyir buyur!          Niyə siz…?!

 

Dalğaların hamısın dənizdən süzmüşük      savaşımız var     kim ilə?

Döyüşün arxasından gedirik                      

Və əgər savaş qurtarsa       yenidən onu  yaratırız               nədən?

Daim müdafiə üçün hazır                         hücuma hələdə fikirləşirik

Biz hər an…                   haçanacək?!

 

Hər kəs özündə gəzir

Addım yoxdur yol mövhumdur

Sizdən istəyirlər     onları izləyəsiz    

                                Demirlər hara

Çoxları                     irəli addımlayır                   

İrəlidə deyildirlər      itiblər

 

 

Cənnətin qapısında dayanan kişiyə

Dedilər: Buyurun!                  Dedi: Yox!        uşaqlar gəlirlər

 

 

Gəlmirlər                  deyirlər hara?

Burada                     şərabı yasaq edirsiz

Söz verirsiz ki haradasa

Bir pəri     şərab dolandırır              harada?

Qapını açmırsınız         

Pərini o dünyaya atır…

 

 

Körpə ləyənə düşdüyü an ağladı səsini yüksəltdi yüksəkləşdi

Yeniyetməliyə çatdı və ağlamaq onu böyükə ən böyükəcən davam etdirdi

 

Qocalaşırsınız ama buraxan deyilsınız

Küçədən  keçən hər çığırtıya tullanırsınız                  hara?

O da özündə əyləşib fikirləşir                        əskiksiniz!?

Keçidləri dayandırın!        

"Yox"                             insanları böyüdürür

 

Seçim olmadan yenidən doğulsam ağlayaram mamaçanın əli dalıma dəyməkdən öncə

Və sevdiyimi sizə deməyin yerinə nöqtada qoymayacağam qoyalar!

 

Mənim iki sözüm var         sizin üç söz                         niyə demiyək?

Əli, Əli'nin qarşıtı deyil       Haqq ki deməz haqq mənəm!

Dilin          ağızda sakin yeri var

                Uzadibsa əlin

Yenidən deyirəm           parçalanmışımız çoxdur         tikinti az!

Düşmən!?                          yaradılışımız  çoxdur           dost az!

Bu günümüzü satmışıq      sabah cənabları gəlib çatacaq diyə   

Nə üçün?                            kimi axtarmaqda?

Həmişə sonradan çox sonarada çox              sonra idi        pis idi!

Düşmənlər təhtəlşüurunda uzanmışik               

Oğrular gəlib çatır                               nə edirlər burada?

Elə bil ki neçə yüz ildır                yalnızlıkdan çıxdığımız

Bu yaşama                bu küçə     bu çardaqa           

Gəlmək və ya getəyimizi                    bilmirik

 

Hələ meydana gəlməmişik

Meydan evimizə gəldi

Göz çıxartdı        baş kəsdi         sonar qarın cırdı

Su başından başımız çıxmasın diyə

 

 

Şişmişəm!

Sözlərim   hər dilin ucluğundadır

Dilimə gəldikcə dil çıxartdılar və qadınım oldular

Sözlərimi      fellər yoldan çıxardıblar     bilmirlər

Yazı qorxudur

Bilmirəmin      nə edimin qorxusu

edirəm?    Özümdən dalı qalmışam bəlkə

İstəyirəm heç nəyə heç kimə fikirləşəm

Mən böyük ziddiyyətlərinin şairiyəm

Xalqa müvafiq ya müxalif deyiləm         xalqdan başqayam

Bir şeirin qızlıqın yönəldirəm ki

Bir evdən o biri evə köçür bir gün

Mən qırmızı yanaqların… şillələnmiş aşıqıyəm!

Gözəl kimi biri gəlmir

Əlimi tuta        özünə götürə?

Çoxlarının tanrısı qədər       torpaqında göyü var       yoxumdur!

Və xanımın mənası      bunu qaldırmaq ola bilər!

Cənablar!      heç kim üçün           kimsəyə        əlim qalxmadı

Sualların fərqlərinin ətrafında veyllənən

O nadir dəyişkən tiplərdən biriyəm

Mən dünyanın bütün fərqlərinin arasında fərqəm

Ətrafımdaki bütün fikirlərin körpüsüyəm

Və bəzən fikirləşirəm ki fikir uzaqdan başıma atılan       daşdır

Evsiz fikirlərin ev yiyəsi olmuşam müdirsiz

Müdir yəni          bir kişi ki yadda saxlayır                 varımdır!

Ölmək istəsəm yalnız gərək diri qalam bilirəm ancaq

Ölürəmsə kim bu çox yalnızlığı çəkə bilər                 kimsələr?

Bu axşam yataq odamın ışığı yanmır      heç kəsdə bilmir niyə

Asqırmaq istəyən rəsimə baxıram           qoymurlar     kimlər?

Əksinə məndən bu rəsim           ev yiyəsini axtarırdı               deyildim!

İstəmirdim sahib olam

İstəyirdim onu tutam   HaP!

HaP!CheW!

 

 

O gecə təpiklənmiş havası variydi

Mən onu çağırmışdım

Yelin suçu səsimi iki üç metr o taydaki qızın qulağına atdı

Və onun yerinə qayıtdı ki: Ha!         

Çox dəyişilmişəm    yox!

 

Kötü olmuşdu

Yalnız idi       öylə yalnız ki hətta bir avara da onunla getməzdi    

Getdim!

O bir qoruma idi               

Mən boşluğa söykənmişdim

Biz bir birimizə aşıq iki heç idik öyləcə    

Nə bilirdik sevgi yəni sərt… və kəsik kəsik olmaq

Nə bilirdim         mən sənlə idim       sən yox idin!

Sadəcə iki qarışdırılmış göz sənin rəsmini      çətinlik çəkdi

Gecələrin sadəcə iki əli                          göyə uzanmışdır

Bəli          payımı sonu yaxşılıq verdi yox!

 

Qocaldun oğlan!      Hani tüklerin?

 

Unutmuşdum bazardan alam

Tehrana bənzər adamlar çaşmışilar 

Bezməkdən bezdirici olmuş şənbə günündə

Xəyalımda bir gecə səni burada gördüyüm günə getdim

Qayıdanda                                      gözələ bənzər deyildin                 

Və sənin isti qucaqunda tutulmuş əllərimi unutmuşdum götürəm

O birində ki      yandırıcı şilləni qulağıma qoymuşdu      qaçdım

Və gözəl kimi gəlib çatan qız ilə görüşdüm birdən

 

Yeni Leylam

Zəli kimi       sağ qolumda

                   Kartıma yazıldı

Və verdiyi imtahanların birbəbirin                 uduzdu!

Evdən dışarı döngələrdə əli yox idi               sarmaşıqdan başqa

Küçə başına yaxınlaşmazdı

Mən və küçə evlərinə gedərdik

İşıqlı bir pəncərə       o yuxarıda          yüksəkdə düşmüşdü

O gecə                sabah        güney batıda öskürürdü       gəlmirdi

Və hücum... bir parça hücum etdilər qızıldərilər

Qarım bağlandı       

Ürəyimdə duş tutdu yuundu     getdi!

Belimə yaman düyünlənmiş bir cüt əlini

Unudub götürə                 getdi!

Artıq evə dönmədi           

Gərçi ev çox ora getdi      gəldi   gəlmədi!

 

Günəş           orada           səmaya qalxmışdı

Salı stolda idi

AIDS        pəncərə arxasından       evlərini silkələyirdi!

Hər yerdən tozsoranın səsi gəlirdi

Sonra                anası evimizi sildi

 

Yarpaqlar yuxarıda           titrəyirdilər      

Və köklər          dərində sürünürdülər

Freudı soxmağa soxurdular

Analar sevişmirdilər      bol bol tüpürcəklər     

Nəsildən nəsilə uşaqları qusmuşdılar

Ki dam günəşi güdən qalsın

İki rükət utancdan nə bilim      sonra

Atanı evdən atmışdı ki

Çörəkçi isti gün doğa

 

 

Pəncərədən qəflətən bitməyən bir əl gəldi

Ziyafət xananı gəzib

Gəlib yataq odama

Belimə dolaşıb

Buraxanda deyil

 

Anlamsızca özüm ilə vuruşuram adam olmağa?

Zordur?       Olmayacağam

Hər yerdə    tək başıma dayanmışam  

Atam qocalıb   anam… 

Cənab!          siz evimizi görmədiniz?

 

 

Baxmalıyam ki unutmayam qulaq asam bu meydana, çizgili körpü və balıq satanlar ki gəncliyi Tehrana satdı, Taksiya salam deməliyəm ki Anam Atamı itirməsin! Çarık ilə evə qayıdan bu adamlara və mənə öylə əyri baxırlar ki gərək… nəya bənzəmişəm?

Evimdə, özümdə! Turistlər sürüsü addımlayırdılar, Yasaqdan keçməliyəm! Daldaki bazara baş çəkəm, balığın qiymətin yenidən soruşam

Qiymətdən qiymət biləm!

 

Elə bil ki həmişə kimi hamı kimi olmalıyam yorulmuşam həmişəki hamıdam kimi!

Yenə məcburam "ayrılarından ayrı yasaq" tablosu olan şəhərdə, yanlış yapam

Ağa Seyit Huseynə gərək addım atam!

 

Əssəlamo əla əhle la elahə elləllahe men ahle la elahə elləllahe ya ahle la elahə elləllahe MƏN la elahə elləllah

La…..LaLə!

 

Səsim sənin qulağına istidir! Məni unudan kimsə səni aradan aparacaq! Mən bunun və onun adında! Mən deyiləm! Dünyanı aldatmışam. Bu fikirlər qonaqdılar hamısı öncəki məndə və sonraki şeirdə yaşayirlar! Getməlidirlər ki özümə çata biləm istəsən sənlə işim  olmayacaq yoxsa səni izləyəcəyəm, atamın Ləngəruduna lövbər salmışam ki gərəksizi qurtarmış olam?

 

Çatanda anama dedim dünən gecə yuxu görmüşəm    mənə çayı gətirdi   həyata keçirildi!

Qaranlıqda axtardığım sadə qapıya çatmışdı ki

Qaranlıqda məni izlədi haçanacən…                 qayıtdım!

 

 

Xiyavanda çığırtı dayanmaz idi

Sağ qulağımda dinləmək kar!

Birdən        tormozun zingiltisi qaçanı xiyavannan aldı!

Şalvar cibinə soxdu və kefli sərxoş düşmüşəm dəzgaha

Eyni puldan alınıma yamaq yapışdır!         qan     dayanmayacaq!

Damcı damcı varımdır məndən düşür   və yoxumdur

Sabahım həftədə itib

Cuma darıxıb bazar ertəsi yorulub çərşənbə gününü çərşənbə axşamı döyür

Və beşinci gün ki        ilbiz kimi heç nədə yürüş edir!

 

Heçin anlamı hər nədir

Sözlükləri yenidən yazın!


 

 

 


 

بازگشت